Şənbə, 14.06.2025


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 558
Statistika

Onlayn olanlar 7
Qonaqlar 7
İstifadəçi 0
Giriş forması

Mona Lizanın sirli əlamətləri

Leonardo da Vinçi italyan boyakarı, heykəltaraş, memar, alim və mühəndisdir. Onun bir çox əsərləri bizim dövrə gəlib çatmışdır.var.  Onlardan ən məşhuru "Mona Liza”dır.

 

Mona Liza portreti (həmçinin ona "Cokonda” da deyilir) Leonardo da Vinçi tərəfindən 1503-1519 ci illərdə çəkilib. Mütəxəssislər belə fərz edirlər ki, portret Florensiyanın ipək taciri Françesko del Cokondanın həyat yoldaşı Liza Herardinin şərəfinə çəkilib. Portretin ölçüləri 76,8x53 sm-dir. Hal-hazırda Parisin Luvr muzeyində saxlanılır. Məşhur Leonardo da Vinçi tərəfindən çəkilən bu əsər indi də sirli əlamətlərinə görə mütəxəssislər tərəfindən tədqiq olunur.

 
Əsərdə olan sirli əlamətlərindən biri ultrabənövşəyi və infraqırmızı şüalar altında şəkilin tamam fərqli görünməsidir.

Daha bir sirli əlaməti Mona Lizanın qaşının və kipriyinin olmamasıdır. Mütəxəssislər belə fərz edirlər ki, qadınların əksəriyyəti həmin vaxt belə görünüblər ki, bu da həmin vaxtın dəbi sayılıb. Bəzilər mütəxəssislər isə Mona Lizanın qaşının və kipriyinin olmasını amma vaxt keçdikcə onların silindiyini iddia edirlər.

 

Maraqlı faktlardan biri də Leonardo da Vinçi "Mona Liza” portretini qurtardıqdan sonra onu özü üçün saxlamışdır. Sonralar isə portret fransız kralı I Fransisin kolleksiyasına daxil edilmişdir. Portreti qurtardıqdan sonra rəssamın onu sifarişçiyə nə üçün verməməsi sirli olaraq qalır.

 

Belə bir isbat olunmamış fərziyyə mütəxəssislər tərəfindən irəli sürülür ki, rəssam öz portretini qadın simasında çəkmişdir. Mona Lizanın təbəssümü isə bütün enerjinin mərkəzi sayılır.

 
Maraqlı faktlardan biri də da Vinçinin portretdə nə imza, nə vaxt nə də modelin adını yazmamasıdır. amma bu əsər heç şübhəsiz ki, Leonardo da Vinçiyə aiddir.

Cokondanın əlinə diqqətlə baxanda aydın görmək olur ki, onun əlləri iki müxtəlif insana aiddir. Sol əl –"donmuş”, sağ əl isə "canlı " olub elə bil nəyəsə toxunur. 

İtalyan mütəxəssisi Silvano Vinçetti iddia edir ki, Mona Lizanın sol gözündə "S” hərfi, sağ gözündə isə "L” hərfi, şəkilin arxa planında isə 72 rəqəmi təsvir olunub.  İllər keçsədə mütəxəssislər bu əsər üstündə tədqiqatlarını davam etdirirlər. Hələ də bu əsərin sirlərlə zəngin olduğunu bildirirlər.


 

 

Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  İyun 2025  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2025