Şənbə, 14.06.2025


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 558
Statistika

Onlayn olanlar 2
Qonaqlar 2
İstifadəçi 0
Giriş forması

Dünyanın müxtəlif ölkələrinin ən məhşur şirniyyatları

1.Türkiyə-lokum

Lokum- türk şirniyyatı olub, qənddən və ya undan hazırlanır. Sonra içinə kraxmal və qoz (püstə, badam,kakos və s.) əlavə olunur. XVIII əsrin sonunda İstanbulda Hacı Bəkir lokumun bir neçə yeni variantını hazırladı və ona qozu əlavə etdi. 1897-ci ildə Hacı Bəkirin nəvəsi Mehmet Muhiddin "rahat lokumu” hazırlayıb Brüsseldə Avropa publikasına təqdim etdi. Şirniyyata görə qızıl medal alan Mehmet Muhiddin Avropaya "rahat lokum"un satışı ilə bağlı müqavilə imzaladı.

 

2. İspaniya-turron

Turron şirniyyatı nuqa və qozdan hazırlanır. Hal-hazırda turrona təkcə İspaniyada deyil həmçinin İtaliyada və Fransada da rast gəlinir. Artıq XVI əsrin əvvəllərində turron Avropa mətbəxinə məlum idi. Belə ki, kral II Filipin aşbazı "Conduchos de navidad"(Kondukosda milad bayramı) kitabında qeyd edir ki, "Xixonun bütün evlərinin bacalarından bal qoxusu gəlirdi". Bu cümlə o anlama gəlir ki, həmin vaxt evlərdə turron bişirilirdi. Məşhur ispan yazıçısı Lope de Veqa "Lakey" romanında və Tirso de Molina "Sevilyalı çoxgülənlər" povestində Alikante turronundan bəhs edirlər.

3. Özbəkistan-nabat

Kristal qənd olan "nabat" Orta Asiya xalqlarının məhşur şirniyyatlarından sayılır. Nabat ekoloji cəhətdən təmiz şirniyyat sayılır. Belə ki, şirniyyat əl ilə hazırlanır və heç bir kimyəvi elementlər əlavə olunmur. Özbəkistanda nabat bir çox xəstəliklərin müalicəsində də istifadə olunur.

 

4. Çin-karamelli meyvə

Çində bir çox şirniyyatlar var. Onlardan ən məhşuru "karamelli meyvə”dir. Karamelə alma dilimləri, banan, kivi və ərik əlavə edilir.

5. Yunanıstan-qalatombureko

Qalatombureko şirniyyatı Yunanıstanın ən məhşur şirniyyatlarından sayılır. Şirniyyata manna yarması, kərə yağı, süd, vanil əlavə olunur. Hazır olub süfrəyə veriləndə üzərinə portağal suyu əlavə olunur.

6. İsveçrə-basler laker şirniyyatı

Basler zərif ağızda əriyən ballı pryanikdir. Şirniyyatın hazırlanmasında buğda unundan, baldan, portağal və limon qurusundan, badamdan və qozdan istifadə olunur. Şirniyyatın tarixi XV əsrə təsadüf edir. Həmin vaxt şirniyyat kilsə toplantısında əhaliyə qəlyanaltı kimi verildi və əhali onu "Lebkücher” adlandırdı. Şirniyyatın adı çox sadə olduğundan əhali onu adını dəyişdi və 1720-ci ildən etibarən şirniyyatın rəsmi adı "Basler Läckerli” oldu.

7. Fransa-trufel

 

Klassik fransız trufeli yumru konfet formasında olub qanaşdan hazırlanır. Qanaşın hazırlanmasında şokolad kremindən və kərə yağından istifadə olunur. Qanaşın üzərinə kakao tozu əlavə olunur. 

 

 

 

Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  İyun 2025  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2025