Şokolad gülü
Şokolad gülü bitkisi Meksikanın meşələrində bitir və rəngi tünd-qırmızı rənglidir. Bitkinin çiçəyindən sokolad ətri gəlir. Amma bitki yeməli deyil. Bitikinin toxumu yoxdur amma o kök yumrularının bölünməsi ilə çoxalır. Ona görə də şokolad gülü becərilmir, ancaq yabanı halda Meksikada bitir. Bitkini yerli əhali "kosmos atrosanginus” adlandırırlar. Tarixə nəzər salanda bitkinin çiçəyinin şokolad ətri qədim zamanlarda insanları özünə cəlb edirdi, ona görə insanlar bitkinin gülünü dərirdilər və nətcədə bitki məhv olurdu. Şokolad gülü təbiətdə çox çətin yetişmə prosesi keçir. Elə ona görə də XX-əsrin əvvəllərində Meksikada şokolad gülündən ancaq bir kol qalmışdı. Amma xöşbəxtlikdən alimlər bitkinin çoxaldılması üçün tez tədbir gördülər. 1902-ci ildə yeganə koldan toxumlar alınmış və bitki süni yolla becərilib artırılmışdır.
Şokolad gülü çoxillik çiçəkləyən bitkilər aləminə aiddir. Onun hündürlüyü 0,5 metrdən -1 metrə qədər olur. Yarpaqları 7sm-15 sm-ə qədərdir. Şokolad gülünün ləçəklərinin sayı 8, 6 və bəzən də 10-a çatır.