Githorn kəndi qeyri-adi Hollandiya kəndidir. Bu kəndi qeyri-adi edən onun su kanallarının əhatəsində yerləşməsidir. Bu kəndi həmçinin Hollandiyanın Venesiyası adlandırırlar. Bu kənddə avtomobil şossesi yoxdur. Burada hərəkət etmək üçün velosipeddən və ya suda kater və qayıqdan istifadə olunur. XII əsrin 70-ci illərində güclü sel nəticəsində kənd yağış suları ilə dolmuşdur.


Kənddə XII əsrin 30-cu illərində ölkənin cənub hissəsindən gələn qaçqınlar məskunlaşdılar. Qaçqınlar bura gələndə daşqından sonra çoxlu keçi buynuzları gördülər. Buna görə də kəndin adı tərcümədə (Goat horus) "keçi buynuzu” adlanır. Bir neçə müddətdən sonra kəndin sakinləri evlərini tikərkən çoxlu miqdarda torf tapdılar və onu qazmağa başladılar. Bununla da bir çox çuxurlar əmələ gəldi ki, yağışların həmin çuxurlara dolması nəticəsində göllər meydana gəldi. Hal-hazırda kəndin ümumi əhalisi 2600 nəfərdir. Əhali hər biri kiçik bir adada yerləşən evlərdə yaşayır. Adalar köhnə körpülərlə bir-birinə birləşir. 1960-cı ildə holland fotoqrafı və rejissoru Bert Hanstr kəndin şəkillərini sərgidə nümayiş etdirmişdir. Bu şəkillər turistlərin böyük marağına səbəb oldu və hər il bura kütləvi şəkildə dünyanın dörd bir yanından turistlər axın etməyə başladılar.


