Bazar, 12.04.2026


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 565
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Birinci dərs. Cədvəllərin çəkilməsi.

Word-2007 proqramını açıb, Вставка-Таблица-Вставить таблицу menyusuna daxil olub,

Açılmış pəncərədə число столбцов (sütunların sayı), число строк (sətirlərin sayı) xanasının qarşısına lazım olan rəqəmi yazıb OK düyməsini basmaq lazımdır. Cədvəlin forması aşağıdakı kimi olacaq. (5 sütundan və 3 sətirdə ibarət olan cədvəl).

Cədvəlin xanalarına yazı əlavə etmək üçün kursoru həmin xanalrın üstündə vurub yazını xanaya əlavə etmək lazımdır. Cədvəlin sətirlərini və sütunlarını kiçiltmək və ya böyütmək üçün kursoru cədvəlin arakəsmə xəttinin üzərinə qoyub mausun sol düyməsini basılı saxlamaqla ( sətirlər üçün aşağı və yuxarı, sütunlar üçün sağa və sola) proseduru yerinə yetirmək olar.

İki və daha artıq xananı birləşdirmək üçün xanaları əvvəlcə seçib, mausun sağ düyməsini xananın üstündə basıb, Объединит ячейки əmrini seçmək lazımdır. 

Bir xananı bir neçə xanaya bölmək üçün mausun sağ düyməsini xananın üstündə basıb, Разбить ячейки əmrini seçib, yenə açılmış pəncərədə число столбцов (sütunların sayı), число строк (sətirlərin sayı) xanasının qarşısına lazım olan rəqəmi yazıb OK düyməsini basmaq lazımdır.

Cədvəli silmək üçün cədvəli seçib Backspace düyməsini sıxmaq lazımdır. Cədvəli içindəki yazını vertikal vəziyyətdə yazmaq üçün mausun sağ düyməsini xananın üstündə  basıb,  Направление текста əmrini seçib lazım olan formanı qeyd edib OK düyməsini sıxmaq lazımdır.

Cədvəlin sərhəddinin və xanasının rəngini dəyişmək üçün mausun sağ düyməsini xananın üstündə basıb, Граница и заливка əmrini seçmək lazımdır. Cədvəlin sərhəddi dəyişmək üçün Cтраница bəndindən xəttin tipini seçib Ok düyməsini basmaq lazımdır.  Cədvəlin  xanasının rəngini dəyişmək üçün Заливка bəndindən rəngi seçib Ok düyməsini basmaq lazımdır.



Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Aprel 2026  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2026