Bazar, 19.05.2024


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 540
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas » 2015 » Yanvar » 21 » Blu-ray texnologiyası
12:12
Blu-ray texnologiyası

Hitachi, LG, Matsushita (Panasonic), Pioneer, Philips, Samsung, Sharp, Sony və Thomson kompaniyalarına  yeni nəsil rəqəmli videodisklər hazırlamaq tapşırılmışdır. Bu kompaniyaların çoxu bizə məlum olan DVD disklərin hazırlanmasında böyük əmək sərf etdilər. Bəziləri isə bu disklərin təkmilləşdirilməsi baxımından yeni ideyalar axtarışında idi.

Adi CD-ROM-un hazırlanmasında 780 nanometr uzunluğa malik dalğalar adi lazer şüası ilə yazılırdı və diskin həcmi təxminən 700 meqabayt idi. DVD texnologiyasında isə daha kiçik 650 və ya 635 nanometr dalğa uzunluğuna malik lazerdən istifadə olunmağa başladı və diskin həcmi 4,7 qeqabayta çatdırıldı.

Komputer texnologiyasında son illər blu-ray yeni nəsil optik disklər geniş istifadə olunmağa başladı. Blu-ray sözünün mənası (ingiliscə blue ray – göy şüa) deməkdir. 

  

Bu disklərdə digər disklərdən fərqli olaraq 405 nanometr dalğa uzunluğuna malik göy lazerdən istifadə olunmağa başladı. Bu kiçilmə DVD disklərdən fərqli olaraq blu-ray disklərdə halqaların sıxlığını 0,32 mikrona qədər endirə bildi. Mühafizə qatının qalınlığının kiçilməsi bu disklərin keyfiyyətli formada oxuma və yazma prosedurlarını yerinə yetirməyə şərait yaratdı. Bu disklərdə verilənlərin ötürülməsi 36 meqabit\san və disklərin həcmi təxminən 27 qeqabaytdır.  Blu -ray disklərdə diametr 120 mm və qalınlıq 1,2 mm-ə yaxındır.

Blu-ray disklərə CD və DVD playerlərdə baxmaq olmur ona görə ki, diskin oxunması üçün göy-bənövşəyi lazerdən istifadə olunur. Bu texnologiya daha dəqiq təsvirdən və səsdən istifadə etməyə imkan verir.

Baxış: 1306 | Əlavə etdi: brendi | Teqlər: Bluray, göy şüa, texnologiya | Reytinq: 5.0/2
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Yanvar 2015  »
BeÇaÇCaCŞB
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2024