Bazar, 19.05.2024


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 540
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas » 2015 » Yanvar » 30 » Periferik qurğular
00:21
Periferik qurğular

Periferik qurğular komputerə qoşulan və onun funksional imkanlarını artıran əlavə qurğulara deyilir. Periferik qurğular komputerə xaricdən xüsusi kabel vasitəsilə və ya simsiz şəbəkə ilə qoşula bilir. Periferik qurğular aşağıdakı növlərə bölünür:

  1. İnformasiyanın daxil edilməsi üçün qurğular (giriş qurğuları)
  2. İnformasiyanın xaric edilməsi üçün qurğular (çıxış qurğuları)
  3. İnformasiyanın saxlanılması üçün qurğular
  4. Multimediya qurğuları
  5. İnformasiyanın ötürülməsi üçün qurğular

 

İnformasiyanın daxil edilməsi üçün qurğular (giriş qurğuları)

Giriş qurğularına standart klaviaturanı, mausu misal göstərmək olar. Bu qurğular vasitəsilə istifadəçi informasiyanı komputerə ötürür. Trekbolun ortasındakı kürəni fırlatdıqda kursor ekranda hərəkət edir. Planşetdə istifadəçi pero vasitəsilə ekranda obyektləri seçə bilir. Skaner kağızdan məlumatı rəqəmsal formaya çevirir və komputerə ötürür. Həmçinin rəqəmsal videokamera və fotoaparat vasitəsilə statik görüntünü elektron formaya çevirib komputerə ötürmək mümkündür.

Soldan sağa: klaviatura, maus, trekbol, planşet, skaner, rəqəmli fotoaparat

 

İnformasiyanın xaric edilməsi üçün qurğular (çıxış qurğuları)

Çıxış qurğuları istifadəçiyə məlumatı komputerdən sərbəst formada əks etdirməyə imkan verir. Belə qurğulardan monitor və proyektor slaydların, filmlərin nümayişində istifadə olunur. Məlumatı sərt daşıyıcıda (kağızda və s.) əks etdirmək üçün printer və plotterdən istifadə olunur.

Soldan sağa: monitor, proyektor, printer, plotter

 

İnformasiyanın saxlanılması üçün qurğular

Komputerdə olan məlumatı xüsusi periferik qurğularda saxlamaq mümkündür. Bu qurğular informasiya daşıyıcısı adlanır. Bunlara flaş yaddaşı, mikro kartı və xarici sərt diskləri misal göstərmək olar.

Soldan sağa: flaş yaddaş, xarici sərt disk, mikro kart

 

Multimediya qurğuları

Multimediya qurğularına audio və videoinformasiyanı giriş və çıxış qurğuları ilə əlaqələndirən periferik qurğular aid edilir. Səs kartı akustik sistemdə səsin girişi və çıxışı üçün istifadə olunur. Videoinformasiyanın girişi və çıxışı üçün qeyri-xətti montaj platasından istifadə olunur.

Soldan sağa: spiker, qeyri-xətti montaj platası, qulaqcıq, səs kartı 

 

İnformasiyanın ötürülməsi üçün qurğular

Bu periferik qurğular ən az iki komputer arasında informasiya  mübadiləsini həyata keçirir. Modem telefon xəttindən gələn analoq siqnalı rəqəmsal siqnala çevirib komputerə ötürür. Şəbəkə kartı vasitəsilə məlumatı elektrik, optik və radiokanallar vasitəsilə qısa zaman kəsiyində ötürmək mümkündür.

Soldan sağa: şəbəkə kartı, modem

Baxış: 4785 | Əlavə etdi: brendi | Teqlər: periferik qurğular | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Yanvar 2015  »
BeÇaÇCaCŞB
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2024