ADSL
(ingiliscə - Asymmetric Digital Subscriber Line-asimmetrik rəqəmsal
abunəçi xətti)-adi analoq telefon xətlərini yüksək sürətli
qoşulma xətlərinə çevirən modem texnologiyasıdır.
ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin
səksəninci illərindən başlayır. O zaman interaktiv televiziyanı təmin edən
texnologiyaların axtarışı aparılırdı. 1987-ci ildə Bellcore şirkəti xDSL
texnologiyasının ilk spesifikasiyasını təqdim etdi və həmin texnologiyanı ABŞ-nın
telefon şəbəkələrində işə saldı. Lakin sonradan şirkət parçalandı, texnologiya
isə müvəqqəti istifadədən çıxdı.
Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal
xətləri asimmetrik modifikasiyası ilə - ADSL-lə təkmilləşdirildi. Sonrakı illərdə
ADSL vasitəsi ilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş
mikrosxem yığımı yaradıldı.
Hal-hazırda ADSL daha sürətli Fast Ethernet
texnologiyası tərəfindən sıxışdırılıb çıxarılır. Bunun səbəbi – ADSL şəbəkəsində
ötürmə qabiliyyətinin məhdud olmasıdır, 24 Mbit/s (ADSL2+) abunəçi istiqamətində
və abunəçidən 1.4 Mbit/s, belə ki, FastEthernet dolanmış naqil cütü üzərindən
100 Mbit/s, hətta 1Gbit/s (Gigabit Ethernet) sürəti ilə məlumatın ötürülməsini
təmin edir.
ADSL texnologiyası üzrə məlumatın ötürülməsi adi
analoq telefon xətti ilə, abunəçi qurğusu – ADSL modemi və ATS də bilavasitə
abunəçinin xəttində quraşdırılmış multiplekserin (ing. DSL Access Multiplexer,
DSLAM ) vasitəsi ilə həyata keçirilir. Nəticədə DSLAM telefon şəbəkəsinə məxsus
məhdudiyyətlərdən asılı olmayaraq abunəçilərin DSL xətlərini vahid yüksəksürətli
magistral şəbəkəyə birləşdirir. Qeyd etmək lazımdır ki, iki ADSL modem, VDSL,
SHDSL və DialUp modemlərdən fərqli olaraq öz aralarında birləşmə yarada bilmir.
Buna səbəb ADSL modemlərdə ötürmənin və qəbul etmənin müxtəlif tezliklərdə
aparılmasıdır.
ADSL texnologiyasında kanalın ötürmə zolağı çıxan və
daxil olan trafik arasında qeyri simmetrik paylanır. İstifadəçilərin çox hissəsinə
daxil olan trafik daha çox əhəmiyyət kəsb edir, nəinki çıxan trafik, buna görə
daxil olan trafik üçün zolağın boyük hissəsinin ayrılması özünü doğruldur. Adi
telefon xətti səsin ötürülməsi üçün 0...4 kHz tezlik zolağını istifadə edir.
Telefon şəbəkəsinin işinə maneə törətməmək üçün ADSL-də tezliyin aşağı sərhədi
26 kHz səviyyəsində yerləşir. Yuxarı sərhəd isə məlumatın ötürmə sürətinə olan
tələbdən və telefon kabellərinin imkanlarindan irəli gələn 1.1 MHz təşkil edir.
Bu zolaq iki hissəyə bölünür – tezliklər 26KHz dən 138 kHz-ə qədər çıxış
axınına ayrılır, 138 kHz dən 1.1 MHz ə kimi zolaq daxil olan axına ayrılır.
Bu növ tezliklərin paylanması eyni zamanda
telefonla danışıq aparmaq və məlumatın ötürülməsinə imkan yaradır.
Aydındır ki, bəzi halda ADSL modemin yüksəktezlikli
siqnalı müasir telefonların elektronikasına mənfi təsir göstərir, və ya telefon
hər-hansı xüsusiyyətinə görə xəttə yüksəktezlikli parazit siqnal gətirir.
Bununla mübarizə üçün abunəçinin evində telefon xəttinə aşağı tezliklərin tənzimləyicisi
qoşulur (tezlik bölücüsü, yəni splitter). Bu qurğu telefona yalnız siqnalın
aşağıtezlikli tərkib hissəsini buraxır və telefonun xətdə olacaq təsirini
aradan qaldırır. Bu cür tənzimləyicilər əlavə enerji tələb etmir və buna görə
elektrik şəbəkəsində və ya ADSL avadanlığında nasazlıqlar yarandıqda səs kanalı
işçi vəziyyətində qalır.
Abunəçiyə ötürmə 1,5 dən 8 Mbit/s dək sürəti ilə
aparılır. Xidməti kanalın sürəti 15-640 Kbit/s arasında dəyişə bilər. Xəttin
maksimal sürəti xəttin uzunluğundan,
kabelin kəsik sahəsindən və xüsusi müqavimətdən asılıdır. Sürətin aşağı düşməsinə
kabelin quruluşu da təsir göstərir. Bir çox DSL (Digital Subscriber Line) mövcuddur,
lakin bunlardan ən çox istifadə ediləni ADSLdir. Asimmetrik
DSL deyilməsinin səbəbi məlumat ötürmə sürətlərinin dəyişik olmasıdır.
ADSL üstünlüklərindən biri xüsusi xəttlərə gərək
olmamasıdır. POTS (Plain Old Telephone System) də deyilən mövcud mis telefon
telləri üzərindən əlaqə qurulur. ADSL əslində xətlərə verilən ad deyil modemlərə
verilən addır.
ADSL
modemləri sıravi
modemlərdən fərqlidir. Köhnə tip modemlər kompüterdə rəqəmsal siqnalları
qəbul edirdi və analoq siqnallarına çevirərək telefon xəttinə
göndərirdi. Alıcı modem
bu analoq siqnalları yenidən rəqəmsal məlumata çevirir.di. ADSL
modemləri isə bunu
etmək yerinə məlumatları rəqəmsal formada qəbul edir və göndərir -
analoq
siqnallara çevirmə işinə ehtiyac qalmır
Telefon xəttlərində edilən danışıq və analoq
transferlər potensial bant genişliyinin çox kiçik bir qisimini istifadə edirlər.
ADSL sayəsində insanlar telefonla danışarkən internetə də eyni anda, həm də
yüksək sürətlərlə bağlana bilir. Bunun üçün də tək bir xətt kifayətdir.
ADSL telefon xəttini üç kanala ayırmaq olar:
Birincisi məlumat almaq, ikincisi məlumat göndərmək, üçüncüsü isə telefon
danışıqları aparmaq üçündür. Bunun yerinə
modulyasiya texnikaları istifadə edilərək üç ayrı tipdə siqnal ayırd edilə bilər:
səs, göndərmə və qəbul etmə. Göndərmə və qəbul etmə kanalları müxtəlif sürətlərə
ayrıla bilir. Məsələn bir ADSL forması 1.5 Mbps ilə məlumat ala bilərkən, 640
Kbps ilə göndərə bilər. |