ADSL
(ingiliscə - Asymmetric Digital Subscriber Line-asimmetrik rəqəmsal
abunəçi xətti)-adi analoq telefon xətlərini yüksək sürətli
qoşulma xətlərinə çevirən modem texnologiyasıdır.
ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin
səksəninci illərindən başlayır. O zaman interaktiv televiziyanı təmin edən
texnologiyaların axtarışı aparılırdı. 1987-ci ildə Bellcore şirkəti xDSL
texnologiyasının ilk spesifikasiyasını təqdim etdi və həmin texnologiyanı ABŞ-nın
telefon şəbəkələrində işə saldı. Lakin sonradan şirkət parçalandı, texnologiya
isə müvəqqəti istifadədən çıxdı.
Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal
xətləri asimmetrik modifikasiyası ilə - ADSL-lə təkmilləşdirildi. Sonrakı illərdə
ADSL vasitəsi ilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş
mikrosxem yığımı yaradıldı.