Şənbə, 14.06.2025


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 558
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas » 2015 » Sentyabr » 10 » Mikroprossessorun hazırlanması (2 - hissə)
11:35
Mikroprossessorun hazırlanması (2 - hissə)

Mikroprosessorlar – komputerin “beyni” adlanır. Mikroprosessor elektron kartında yerləşən mikroçipdən ibarətdir. Çipin kartda yerləşməsi çox çətin prosedurlardan olub, maksimum dəqiqlik tələb edir.

İlk komputer 1937-ci ildə hazırlanıb. O ancaq riyazi hesablamalar üçün nəzərdə tutulmuşdur. Ümumi komputer isə “Eniak” 1946-cı ildə istifadəyə verildi. Bu komputer çox nəhəng idi və 20 soyuducunun sahəsi qədər yer tuturdu. 1950-ci ildə vakuum lampalar tranzistorlarla əvəz olundu. Bundan sonra isə tranzistorları da inteqral mikrosxemlər əvəz etdi. 1971-ci ildə mikroprosessor texnologiyasına keçid müasir fərdi komputerlərin istehsala başlamasına təkan verdi.

Mikroprosessorun hazırlanma texnologiyasının ilkin mərhələsində xüsusi keramik kvadrat hazırlanır ki, bu da “prosessorun altlığı” adlanır. Bura mikroçip bərkidilir. “Prosessorun altlığı”nın səthi flüs adlanır. Lehimləmə vaxtı mikroçipin yerindən tərpənməməsi üçün flüs qatı yapışqanlı olur. Bundan sonra isə xüsusi zavodlar mikroçipi lazımı sxemlərlə təchiz olunmuş halda alırlar və hər bir “prosessorun altlığı”na mikroçip yerləşdirilir. Bu əməliyyat infraqırmızı şüaların köməyilə maksimum dəqiqliklə yerinə yetirilir.

Sonrakı mərhələdə mikroçiplərdən bir nümunə götürülür və mikroskop altında çipin düzgün yerləşdirilməsi yoxlanılır. Növbəti addımda da mikroçip 360 dərəcə C-də xüsusi sobada lehimlənir. Tempraturun yüksək olması nəticəsində mikroçipdəki kiçik qalay hissəcikləri əriyir və subtratora yapışır. Sonra hər bir çipi aliminium qapaqla lehimləmək lazımdır. Bu qapağın 2 funksiyası var. Bunlar mikroçipi qorumağa və istinin mikroçipə təsir etməməsinə görədir. Manipulyator dərhal 4 qapağı götürür və onları çipə yerıəşdirir. Sonra məmulat təxminən 1 saatlıq 150 dərəcə C-yə qədər qızdırılmış sobaya göndərilir.

Daha sonrakı mərhələdə mikroprosessorun komputerin elektron kartı ilə əlaqə qurması üçün kontaktlar hazırlamaq lazımdır. Çoxəlaqəli olması üçün mikroçipə qalay hissəcikləri bərkidilir. Bu hissəciklər çox möhkəm və etibarlıdır. Proses yekunlaşdıqdan sonra mikroçip distillə olunmuş suda yuyulur və əlavə flüslər, zədələr təmizlənir.

Sonuncu mərhələdə mikroçipin keyfiyyət göstəricisi yoxlanılır. Daha sonra mikroçip 12 saatdan sonra 140 dərəcə C-yə qədər qızdırılmış sobaya yerləşdirilir. Bu prosesdən sonra artıq mikroprosessor tam hazır olur.  

Mikroprosessorun hazırlanma texnologiyasını aşağıdakı videoda izləyə bilərsiniz.

 

Baxış: 643 | Əlavə etdi: brendi | Teqlər: mikroprosessor, mikroçip, elektron kart | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Sentyabr 2015  »
Be Ça Ç Ca C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2025