Mikroprosessorlar – komputerin “beyni” adlanır. Mikroprosessor elektron kartında yerləşən mikroçipdən ibarətdir. Çipin kartda yerləşməsi çox çətin prosedurlardan olub, maksimum dəqiqlik tələb edir.
İlk komputer 1937-ci ildə hazırlanıb. O ancaq riyazi hesablamalar üçün nəzərdə tutulmuşdur. Ümumi komputer isə “Eniak” 1946-cı ildə istifadəyə verildi. Bu komputer çox nəhəng idi və 20 soyuducunun sahəsi qədər yer tuturdu. 1950-ci ildə vakuum lampalar tranzistorlarla əvəz olundu. Bundan sonra isə tranzistorları da inteqral mikrosxemlər əvəz etdi. 1971-ci ildə mikroprosessor texnologiyasına keçid müasir fərdi komputerlərin istehsala başlamasına təkan verdi.
Mikroprosessorun hazırlanma texnologiyasının ilkin mərhələsində xüsusi keramik kvadrat hazırlanır ki, bu da “prosessorun altlığı” adlanır. Bura mikroçip bərkidilir. “Prosessorun altlığı”nın səthi flüs adlanır. Lehimləmə vaxtı mikroçipin yerindən tərpənməməsi üçün flüs qatı yapışqanlı olur. Bundan sonra isə xüsusi zavodlar mikroçipi lazımı sxe
...
Ardını oxu