Cümə axşamı, 18.04.2024


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 539
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas » 2013 » Sentyabr » 8 » Kompüter şəbəkələri
11:56
Kompüter şəbəkələri

Kompüter şəbəkələri aralıq daşıyıcı istifadə etmədən  informasiya mübadiləsi və resusrların (printer, modem, disk yaddaşı və s.) birgə istifadə olunması üçün kompüterlərin kommunikasiya vasitələri ilə əlaqələndirilməsidir. Kompüter şəbəkələri yaratmaq üçün şəbəkə avadanlıqları və prorqam təminatı istifadə olunur.

Nil-modem adlanan (modem istifadə etməyən) xüsusi kabel vasitəsi ilə  kompüterin ardıcıl (COM) və ya  paralel (LPT) portlarını  birbaşa birləşdirərək süni (sadə)  kompüter  şəbəkəsi  yaratmaq olar.

Real stasionar kompüter  şəbəkəsi təşkil edilən zaman  kabeli kompüterə birləşdirmək üçün  şəbəkə kartı (şəbəkə adapteri , NIC – Network Interface Card) adlanan xüsusi plata və müxtəlif növ kabellər istifadə edirlər.

Şəbəkə kartı  sistem platasının genişlənmə slotuna yerləşdirilərək kompüter və rabitə xətti (şəbəkə kabeli) arasında fiziki interfeys kimi aşağıdaki funksiyaları yerinə yetirir:

1) mübadilə etmək üçün informasiyanı şəbəkə kabelinə daxil edir.

2) informasiyanı başqa kompüterə göndərir.

3) şəbəkə kabelindən  informasiyanı  qəbul edib, kompüterin işlədəcəyi formata çevirir.

Şəbəkə adapteri şəbəkənin cari vəziyyətini təhlil edir və imkan düşən göndərilməli məlumatı şəbəkəyə daxil edir (şəbəkəyə daxilolmaları idarə edir).

Kommunikasiya (rabitə) üçün lazım olan avadanlıqlar kompüterin  sistem platasında yerləşdirildiyi halda  şəbəkə kabeli sistem blokunun arxa hissəsindəki porta birləşdirilir.

Kompüterlərin əlaqələndirən kabelin uzunluğu üzərinə qoyulmuş məhdudiyyət onda yayılan siqnalın zəifləşməsi ilə bağlıdır. Məlumdur ki, istənilən mühitdə siqnal yayılarkən zəifləyir. 


Kompüter şəbəkələrinin təşkili üçün istifadə olunan  sadə kommunikasiya avadanlıqlarından biri  təkrarlayıcı (repeater)  hesab edilir. Repeater şəbəkənin ümumi miqyasının genişləndirilməsi məqsədilə müxtəlit şəbəkə seqmentlərinin fiziki olaraq əlaqələndirilməsi  üçün istifadə edilir. Təkrarlayıcı bir seqmentdən gələn siqnalı digərinə çatdırır.


Təkrarlayıcı ötürülən siqnalın keyfiyyətini yüksəldərək (onun gücünü və amplitudunu bərpa etməklə)  rabitə xəttinin üzərinə qoyulmuş məsafə məhdudiyyətini aradan qaldırır.

Konsentrator müxtəlif sayda (adətən 8-dən 32-ə qədər) əlaqə (birləşmə) repeater (təkrarlayıcı) portuna malik olur.


Konsentratorun iş məntiqinə görə onun bir oyuğuna (portuna) daxil olmuş  məlumat (kadr) budaqlanmış  strukturla əlaqələnmiş işçi stansiyaların (kompüterlərin) hər birinə göndərilir. Böyük və orta saylı kompüter şəbəkələrinin konsentrator bazasında yaradılan fiziki strukturu məsafənin və etibarlılığın artırılması üçün faydalı olsa da müxtəlif seqmentlərdə trafikin bircins olmaması, eləcədə məlumatın (kadrın) təyin olunduğu  ünvana çatdırılana qədər digər kompüterlərin informasiya mübadilə etmək imkanından məhrum edilməsi şəbəkənin məntiqi strukturlaşdırılması zərurətini yaradır.

Kompüter şəbəkələrinin məntiqi strukturlaşdırılması üçün körpü, şlüz, kommutator, marşrutizator kimi kommunikasiya avadanlıqlarından istifadə olunur.

Körpü (Bridge) şəbəkənin rabitə mübadilə məkanını elə hissələrə (məntiqi seqmentlərə) bölür ki, bir seqmentin məlumatı digər hissələrə yalnız vacib hesab olunduqda (ünvanlandıqda) mübadilə olunur. Bununla da körpü bir seqmentin trafikini digərlərindən təcrid etmiş olur. Trafikin bu cür lokallaşdırılması rabitə vasitələrinin (kabellərin) buraxıcılıq qabiliyyətinə qənaət etməklə yanaşı, məlumatların təhlükəsizlik problemlərinin həll olunmasını da asanlaşdırır.



Körpü trafiki  kompüterlərin aparat ünvanları hesabına lokallaşdırdığı üçün onların hansı seqmentə aid olunması təyinetmə prosesini çətinləşdirir. Bu isə seqmentlərə ayrılmış fiziki  strukuru bəsitləşdirməklə yanaşı, şəbəkənin konfiqurasiyasını məhdudlaşdırır. 

Kommutator (switch, switching hub) iş prinsipinə görə hər bir portu məlumatları digərləri ilə paralel olaraq  körpü alqoritmi ilə emal edir.

Marşrutizator (router)  kompüter şəbəkəsində məlumatın  mübadilə olunacaq yolunun təyin edilməsi prosesini yerinə yetirir.

Marşrutizator şəbəkə strukurunun  seqmentlərə ayrılmasında  kompüterlərin aparat ünvanlarından deyil aşkar ədədi ünvandan istifadə edilir.  Bir neçə hissədən ibarət həmin ünvanlarda   altşəbəkə (subnet) adlandırılan seqmentlərin nömrələri əks etdirilir və  bu nömrələri eyni olan kompüterlərin bir altşəbəkəyə mənsubluğu aşkar olunur. Ona görə də marşrutizator trafikin   lokallaşdırılması üçün daha effektli və etibarlı hesab olununur. Marşrutizatorun  vacib funksiyalarından biri də müxtəlif şəbəkə texnoligiyaları ilə yaradılan altşəbəkələrin vahid şəbəkədə qarşılıqlı əlaqələrini təmin etmək imkanına malik olmasıdır. 

Şlüz (gateway) müxtəlif növ sistem və  proqram təminatına malik şəbəkələrin əlaqələndirilməsi üçün istifadə edilir. Bu məqsədlə şlüz müxtəlif formatlı verilənləri və nəqliyyat protokollarını translyasiya edir. 

Protokol informasiyanın kompüter şəbəkəsi üzrə mübadiləsi üçün çevrilməsi üsulunu və formatını  təyin edən qaydadır.

Bütöv bir ərazin əhatə edən şəbəkə digərləri ilə kəsişməyə bilər. Bir və ya bir neçə şəbəkə kəsişdiyi halda onların əlaəqləndirilməsi üçün xüsusi kommunikasiya avadanlığı tələb olunur.  Əgər kəsişən şəbəkələr eyni protokol istifadə edirsə onları əlaqələndirən kommunikasiya vasitəsi körpü adlanır. Müxtəlif protokollu şəbəkələrin    əlaqələndirilməsi üçün məlumatların bir formatdan digər formata çevrilməsi tələb olunur. Bu funksiyanı yerinə yetirən kommunikasiya vasitəsi şlüz adlanır. Şəbəkə sahibləri şəbəkənin imkanlarını artırmaq üçün müxtəlif miqyaslı (WAN, MAN, LAN) şəbəkələr qoşulsada, kənar istifadəçilərin öz şəbəkələrinə daxil olmasının qarşısını almalıdırlar. Bu halda şlüz mühafizə fuksiyasını yerinə yetirirsə brandmauer adlanır.



Baxış: 5194 | Əlavə etdi: brendi | Teqlər: komputer, şəbəkələr | Reytinq: 4.2/5
Bütün şərhlər: 2
1 Nazlı   (09.10.2014 20:56) [Material]
men sebeke karti haqqinda serbest is yazacam.bu melumatlar yararlidirmi?

0  
2 brendi   (30.10.2014 21:33) [Material]
olar.

dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Sentyabr 2013  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2024