Şənbə, 14.06.2025


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 558
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas » 2013 » Avqust » 3 » Kompüterin texniki təminatı
21:25
Kompüterin texniki təminatı

Komputerin tərkibi iki yerə ayrılır. Texniki təminatı (hardware) və proqram təminatı (software) .Komputerin texniki təminatı aşağıdakı hissələrə ayrılır.

Qida bloku: Qida bloku komputerin bütün daxili qurğularını qidalandırır. Xaricdən qida bloku metal layla örtülmüşdür. Ventilyator bloku sərinləşdirmək üçün istifadə olunur. Qida bloku komputerin hər bir komponentinə müəyyən güc verir. Belə ki, ana plataya -23.5 vatt, RAM-a 40 vatt, videokarta-29.8 vatt güc sərf olunur.Təxminən qida blokunun 250 vatt gücdə olması məqsədə uyğundur. Həmçinin flaş yaddaş da komputerə qoşularkən qida blokundan güc sərf edir.

Qida bloku

Ana plata (Mother Board): komputerin əsas hissəsidir. Onun keyfiyyəti, funksionallığı sistemin sürətli olmasına şərait yaradır. Ana plata aşağıdakı qurğulardan ibarətdir.

  • Ana platanın xarici yuvaları
  • Qida blokunun qoşulması üçün yuva
  • Prosessor üçün yuva. Prosessor üçün istifadə edilən yuva soket adlanır.Soketin içində prosessorun tempraturuna nəzarət edən qurğu yerləşir.
  • Operativ yaddaş üçün istifadə olunan şinlər
  • İDE qurğusunun qoşulması üçün yuva. Müasir FK-də SATA yuvasından da istifadə olunur.Həmin yuvaya sərt disk qoşulur.
  • Diskovodun qoşulması üçün yuva
  • Akkumlyator batareyası. Komputerqida mənbəyindən ayrıldıqdan sonra bir çox komponentləri yadda saxlamaq üçün istifadə olunur.
  • AGP şini
  • PCİ şinlər
Ana platanın şəkli
Çipset: Komputerin daxili və xarici qurğuların işini təmin edir. Çipsetdən asılı olaraq ana plataya hansı videokartın və ya prosessorun qoşulmasını təyin etmək olar. Çipset şimal hissədən (northbridge) və cənub hissədən (southbridge) ibarətdir. Şimal hissə prossessorla operativ yaddaş və videokart arasında əlaqə yaradır. Cənub hissə isə prossessor ilə sərt disk arasında əlaqə yaradır.
Çipset

BİOS (Basic İnput Output System-giriş çıxış baza sistemi) mikrosxemi: BİOS-da konfiqurasiya parametrləri və ana platanın idarə olunması üçün proqramlar saxlanılır. Komputer işə düşən zaman BİOS komputerin bütün qurğularını yoxlayır, komputerə qoşulmuş qurğuları təyin edir və onların iş prinsipini yoxlayır. Sonra məlumat sərt diskə yüklənir. Sərt diskdən əməliyyat sistemi operativ yaddaş qurğusuna yüklənilir.

Bios mikrosxemi

Prossessor (Central Proccessig Unit-mərkəzi emaledici qurğu): Komputerin vacib elementlərin biri olub, mütəxəssislər tərəfindən komputerin beyni hesab edilir. Komputerdəki bütün riyazi və məntiqi əməliyyatları yerinə yetirir. Prossessor inteqral sxemlərin əsasında yığılmış silisium kristalı ilə örtülmüşdür. İnteqral sxemlər isə milyonlarla kiçik elementlərin birləşməsindən alınır. Prosessorların CİSC və RİSC növləri var. CİSC-genışlənmiş əmrlər arıcıllığı mürəkkəb təlimatlarla işləyir və hər bir təlimat bir neçə takt təşkil edir. RİSC-məhdudlanmış əmrlər ardıcıllığı az miqdarda ən sadə təlimatlarla işləyir, hər bir təlimat tez yerinə yetirilir amma nəticə vermir.  Prosessorun əsas xarakteristikaları aşağıdakılardır. Takt tezliyi (daxili tezlik)- bu parametr prosessorun bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı ilə xarakterizə olunur. Keş(cache)- Keşə prosessora daxil olan əmrlər daxil olur və prosessoru lazımsız əmrlərdən qurtarır. Bundan əlavə keş prossessora lazım olan informasiya ilə yüklənir. Prossessorda birinci səviyyəli keş və ikinci səviyyəli keşdən istifadə olunur. Keşin ölçüsü nə qədər böyükdürsə o qədər prossessorun keyfiyyət göstəricisi yüksək olur. Dərəcə- bir əməliyyata prossessorun emal etdiyi bitlərin sayıdır. Satış bazarında İntel və AMD firmalarının prossessorları rəqabət aparır.

Prosessor

Operativ yaddaş (Random Access Memory- operativ yaddaş qurğusu): Komputerlə işləyən zaman operativ yaddaşda cari verilənlər saxlanılır.Operativ yaddaşın ölçüsündən komputerin sürəti asılıdır. Sərt disk yavaş işlədiyindən bütün lazımı verilənlər operativ yaddaşa yüklənilir ki, prosessor normal işləyə bilsin. Operativ yaddaşı markalarına görə DDR1(100mhs-200mhs), DDR2(400mhs-1066mhs), DDR3(800mhs-2400mhs) növlərinə bölürlər.

Operativ yaddaş

Sərt disk (vinçester və ya hard disk HDD): Komputerin daimi yaddaşıdır və komputerdə olan bütün proqram sistemi burada saxlanılır. Sərt diskin içində bir neçə disk var və onlar metal təbəqəli qutuda yerləşdirilmişdir. Sərt diskin tez firlanması informasiyanın tez yazılıb oxunmasına səbəb olur. Komputer işə düşən zaman disklər ox ətrafında (oxa şpindel deyilir) yüksək sürətlə dəqiqədə 7200 dövrə vurur. Disklər isə sərt plastikadan ibarət olub keramika, şüşə və ya aliminiumdan hazırlanır. Diskin səthində informasiyanın yazılması maqnit başcıqlar vasitəsilə yerinə yetirilir. Disk konsentrik halqalardan təşkil olunur və treklər adlanır. Həmin treklərdə informasiya saxlanılır. Treklər və başcıqlar sifirdan başlayaraq nömrələnir. İDE interfeysi ana plata ilə sərt disk arasında əlaqə saxlamaq üçün istifadə olunur.

sərt disk

Videokart(VGA): Prosessordan videoverilənləri qəbul edir, sonra onlar üstündə emal prosesi aparıb monitora ötürür. Bəzi videokartlar əlavə qida bloku olan yuvaya malikdir. Videokartın əsas elementləri aşağıdakılardır. Videoyaddaş- burada müvəqqəti şəkil haqqında informasiya saxlanılır. Qrafik prossessor- mərkəzi prosessordan əmrləri emal etdikdən sonra ekranda rəqəmli şəkil yaradır sonra informasiya videoyaddaşa ötürülür. İxtiyari giriş ilə RAÇ yaddaşı (RAM Digital analog Convertor)- yaddaşdan rəqəmli informasiyanı analoq gərginliyinə çevirir və monitordakı rəng diopazonunu idarə edir. Videokart AGP şininə qoşulur. Müasir kompüterlərdə PCİ şininə qoşulur. Satış bazarında GeForce və Ati Radeon firmalarının məhsulları rəqabət aparır.

videokart

Portlar: Lokal portlar LPT və ya paralel port olub (yarımdupleks) siqnalı iki istiqamətdə 8 paralel xətlə ötürür. Portun ötürmə sürəti 800 kbit/san-dən 16 Mbit/san-yə qədərdir. Paralel portlar qısa olaraq LPT1, LPT2 kimi işarə olunur. Bu porta printer qoşulur. COM- ardıcıl port olub (yarımdupleks) siqnalı bir istiqamətdə fasiləsiz olaraq ötürür. Portun maksimal ötürmə sürəti 115 kbit/san-dir. Bu portlar qısa olaraq COM1, COM2 kimi işarə olunur. USB- universal olub tez-tez istifadə olunan portdur. Bu porta mouse, rəqəmli kamera, flaş yaddaş qoşulur. USB portu plug&play texnologiyasını dəstəkləyir. Belə ki, onlar üçün drayver yükləmək lazım gəlmir. PS/2- paralel port olub mouse və klaviaturanın qoşulması üçün istifadə olunur. Firewire və ya İEEE1394 ardıcıl port olub komputerə rəqəmli qurğuların qoşulması üçün istifadə olunur. Portlar 2 növ olur: FK-üçün altıəlaqəli noutbooklar üçün dördəlaqəli istifadə olunur. Ethernet- bu port komputeri lokal şəbəkəyə qoşmaq üçün istifadə olunur.

Portlar

Monitor: Mayekristallı monitorlar və adi trupkalı monitorlar. Monitorda dioqnalın uzunluğu nə qədər informasiya yerləşməsini göstərir. Nöqtələr ekranda nə qədər çox olarsa o qədər informasiya dolğun alınar.17 və 19 dyumluq monitorlarda 1280x1024 piksel optimal üsul hesab oluna bilər. Bir dyum 2.34 sm-ə bərabərdir.

Modem: Daxili və xarici olur. Onlar PCİ şininə qoşulur. Dial up modemlər maksimum 56 kbit/san informasiyanı ötürə bilərlər. Adsl modemlər isə daha böyük həcmdə informasiyanı ötürə bilərlər.

Flash yaddaş- informasiya daşıyıcısıdır.

Printerlər: Əsasən praktikada 3 növ printerlərdən istifadə olunur: Şırnaqlı printerlər- kağız üzərinə çapçıxardan başlığın ucundan mikroskopik mürəkkəb dənələri hopdurmaqla yerinə yetirilir. Bu printerlərdə 4 rəngdən istifadə olunur: bənövşəyi(magenta), boz(cyan), sarı(yellow) və qaradır(black). Lazerli printerlər-Çap zamanı yüksək keyfiyyətli iş təmin edir. Printerin iş prinsipi sürətçıxaran aparatın iş prinsipinə əsaslanır. Printerin katrijinin içində baraban işığahəssas maddədən hazırlanıb. Səhifənin təsviri dərhal barabanda olan lazer şüası vasitəsilə hazırlanır. Sublimasiyalı printerlər- bu printerin iş prinsipi qızmaqda olan bərk rəngləyicinin köməyilə qaz formalı vəziyyətə keçir. Alınmış qaz buludu kağızın üzərinə çökür ancaq ləkənin dəqiqliyi diafraqma ilə tənzimlənir.

printer

Plotter: verilənləri çox dəqiqliklə çap etməyə imkan verir. Əsasən 3 növ plotterlərdən istifadə olunur. Frinksiyon plotterlər- Kağız və pero perpendikulyar ox vasitəsilə hərəkət edir. Baraban plotterlər-Kağız baraban boyu dövrə edir. Planşet plotterlər- Kağız hərəkətsiz qalır ancaq pero hərəkət edir.  

plotter

Komputerə qoşulan əlavə qurğular kimi skaneri, cardreader, speaker, rəqəmli kameranı misal göstərmək olar. Həmçinin bu qurğular periferik qurğular adlanır.

Baxış: 20995 | Əlavə etdi: brendi | Teqlər: ana plata, komputerin strukturu, Hardware, periferik qurğular | Reytinq: 3.9/16
Bütün şərhlər: 1
+1   Спам
1 İsmayil   (21.04.2014 00:16) [Material]
Yaxşı məqalədir. Xoşuma gəldi.

dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Avqust 2013  »
Be Ça Ç Ca C Ş B
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2025